ABŞ-ın Men ştatında silahlı insident baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Men ştatında silahlı hücum nəticəsində 22 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Men polisinin məlmatına görə, Leviston şəhərinin 3 fərqli bölgəsində naməlum şübhəl insanlara atəş açıb: "Nəticədə 22 nəfər ölüb, 60-a yaxın insan yaralanıb".
Auburn Bələdiyyə sədri Ceyson Leveske isə deyib ki, hadisə ilə əlaqədar məktəblər bağlanıb.
Polis əlində tüfənglə atəş açan terrorçunun fotosunu sosial mediada paylaşıb və yerli sakinləri onun şəxsiyyətinin müəyyən edilməsi və tutulması üçün kömək istəyib.
Təhlükəsizlik kamerası görüntülərində qəhvəyi palto və qara şalvarda olan şübhəlinin əlində uzun lüləli silahla qarşısına çıxan insanları hədəfə alır.
Lamiyə
MİA.AZ