Konfrans Liqasının H qrupunun 3-cü oyununda bu gün "Fənərbağça" ilə qarşılaşacaq "Ludoqorets"in baş məşqçisi Georgi Dermendjiev matçla bağlı açıqlamalar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Ludogorets"in yeni təyin olunan Baş məşqçinin sözlərinə görə, "Fənərbağça" çox güclü komandadır: "İsmail Kartal böyük komanda yaradıb. Qalibiyyət seriyaları da təsadüfi deyil. Bu gün oyun heç-heçə bitərsə, bu, məni qane edər. Onların çox güclü oyunçuları var. Bu, "Fənərbağça"nın həm qrupda, həm də liqadakı liderliyindən də görünür".
"Ludoqorets"in baş məşqçisi kimi ilk matçını səfərdə "Fənərbaxça" ilə keçirəcək məşqçi daha sonra deyib: "İlk matçımın "Fənərbağça" ilə olmasından çox xoşbəxtəm. Komandamız çox yaxşı komandadır. Gücümüzü belə bir komanda ilə sınayıb görəcəyik. Hərçənd, oyunun çox çətin keçəcəyini dəqiq bilirəm. Dediyim kimi, əgər bu oyundan bir xal qazansaq, qrupu 2-ci yerdə bitirə bilərik”.
Fərid
MİA.AZ