"Bavariya"nın baş məşqçisi Tomas Tuxel "Qalatasaray"a qalib gəldikləri 3-1 hesablı matçla bağlı danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, jurnalistlərdən biri ona "Komandanız qələbəyə layiq idi?" sualı verib. Baş məşqçi isə sualı belə cavablandırıb: "İlk hissədə topa daha çox rəqib hakim olub. Çünki meydanda yaxşı təşkilatlanmış "Qalatasaray" var idi. Bu səbəbdən onlara çoxlu qol mövqeləri verdik. İkinci hissədə isə vəziyyəti dəyişdik. Hücumda daha yaxşı çıxış etdik. Haqqımız olan layiq qələbə qazandıq. Amma bu stadionda, belə şəraitdə oynamaq bizim üçün asan deyil".
Tuxel daha sonra deyib: "Çempionlar Liqasında hədəfimizə çatmaq üçün daha cəsarətli və hücum futbolu oynamağımız lazım olduğunu söylədim. Əslində, belə oldu. Çox qürur duyuram. Uzun müddətdir uduzmuruq. Amma bu matçda və ya heç bir matçda favorit yoxdur. Çünki çox çalışmaq lazımdır. Hər rəqiblə mübarizə aparmaq lazımdır. bu qələbə bir məşqçi kimi məni çox qürurlandırdı”.
Fərid
MİA.AZ