Çempionlar Liqasında “Bavariya”nın “Qalatasaray”a 3:1 hesabı ilə qalib gəldiyi oyundan sonra stadionu tərk edən cənubi koreyalı müdafiəçi Kim Min Jae türkiyəli jurnalistin bir cümələlik sualına maraqlı cavab verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, jurnalistlərdən biri "Türkiyə üçün darıxdınızmı?" deyə ona sual ünvanlayıb.

Kim Min Jae isə sualı belə cavablandırıb: ""Fənərbağça üçün darıxıram".

Xatırladaq ki, Cənubi koreyalı oyunçu 2021-22 mövsümündə "Fənərbağça"dan 18 milyon avroya "Napoli"yə satılıb. O, bu komandadan da "Bavariya"ya transfer olunub.

Fərid

MİA.AZ