Çempionlar Liqasında "Qalatasaray"ı 3:1 hesabı ilə məğlub edən "Bavariya"nın futbolçusu Kinqsli Koman matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Koman türk komandasının azarkeşlərinə heyran olduğunu gizlətməyib: "Qalatasaray"ın stadionunda inanılmaz atmosfer vardı. Mən belə mühitləri sevirəm. Belə atmosferlərdə çox adrenalin var. Həqiqətən bu gecə inanılmaz idi".
Fransız futbolçu daah sonra deyib: "Çox gərgin və çətin matç oldu. Çox təzyiq yaratdıqları üçün ilk hissədə asan olmadı, amma ikinci hissədə daha çox boşluq oldu, ona görə qollar vurduq".
Fərid
MİA.AZ