“Hörmət etdiyim müxtəlif şəxslər mənə bu barədə sual verirlər, yeganə cavabım ondan ibarətdir ki, ANS-i bu dəfə bağlayan Allah-Təala cənabları özü oldu. Allah bizim abır-həyamızı, mənim, ailəmin, qeyrətli əməkdaşlarımızın abrını qorudu. Mən də ancaq Allaha təşəkkür edirəm. Allah böyükdür və nə etdiyini bilir”.
Mia.az xəbər verir ki, bunu BBC Azərbaycancaya müsahibəsində ANS Şirkətlər Qrupunun təsisçisi Vahid Mustafayev telekanalın bağlanması haqda suala cavab olaraq deyib.
O, daha sonra daha bir maraqlı fakt danışıb: “Bir dəfə məmurlardan biri məni yanına dəvət etdi, dedi ki, bizdə olan məlumata görə, siz ANS-in 50 faizini Fərhad Əliyevə vermisiniz. Biz sizdən istəyirik ki, 50 faizi bizə verəsiniz. Cavab verdim ki, yaxşı, gedin, Fərhad Əliyevdən götürün. Dedim ki, sizin əlinizin altında onlarla qurum var, baxa bilməzsiniz ki, şirkət kimin adınadır? Mən heç vaxt heç kimə şirkətin hansısa faizini verməmişəm. İlk gündən ANS Seyfulla və mənim olub, axırıncı günə qədər də bu cür davam edib”.
MİA.AZ