Bu gün UEFA Çempionlar Liqası A qrupunun 3-cü oyununda "Qalatasaray" İstanbulda "Bavariya"nı qəbul edib.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20.45-də başlayan matçın 7-ci dəqiqəsində Koman hesabı açıb - 0:1.
Lakin bu qol "Qalatasaray"ı ruhdan salmayıb. Təzyiqi daha da artıran İstanbul klubu nəhayət, 23-cü dəqiqədə penalti qazanıb.
İkardi əla zərbə ilə hesaba tarazlıq gətirib - 1:1.
"Qalatasaray"ın ilk hissədə daha bir neçə qol vurmaq şansı olsa da, bu fürsətləri dəyərləndirə bilməyib.
73-cı dəqiqədə "Bavariya" daha bir qol vurub - 1:2
78-ci dəqiqədə isə almanlar növbəti qola imza atıb - 1:3
Oyun bu hesabla başa çatıb.
Bu oyundan sonra "Bavariya" 3 oyuna 9 xalla qrup liderliyində möhkəmlənib. "Qalatasaray" isə 4 xalla 2-ci pillədədir.
Fərid Aslan
MİA.AZ