Bakıda 51 yaşlı kişini qətlə yetirən şəxsə cinayət işi açılıb.
Nəsimi rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, oktyabrın 24-ü 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
Bakıda 51 yaşlı kişi öldürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.