Bu gün Çempionlar Liqasının A qrupunun 3-cü matçında "Qalatasaray" İstanbulda "Bavariya"nı qəbul edəcək. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən axşam alman komandası İstanbula gəlib.

Məlumata görə, Bakı vaxtı ilə saat 20.45-də başlayacaq qarşılaşmada "Qalatasaray"ın hücumçusu Mauro İkardinin meydana çıxıb-çıxmayacağı oyuna saatlar qalmış bəlli olacaq.

Türkiyə mətbuatı yazır ki, topuğundan zədəli olan argentinalı hücumçu meydana çıxmasa, Okan Buruk formanı Barış Alper Yılmaza verəcək.

"Qalatasaray"ın çətin matçda start 11-i belə olacaq:

Qalatasaray: Muslera, Boey, Sanchez, Abdülkerim Bardakcı, Angelino, Torreira, Kaan Ayhan, Tete, Kerem Aktürkoğlu, Zaha, Barış Alper Yılmaz

Bavariya: Ulreiç, Laimer, De Ligt, Kim, Davies, Kimmiç, Müller, Sane, Musiala, Coman, Keyn

Onu da  qeyd edək ki “Qalatasaray” “Bavariya”nı məğlub etsə, buna nail olan ilk türk komandası kimi tarixə düşəcək. 

Fərid

MİA.AZ