Türkiyənin paytaxtı Ankarada FETÖ üzvü olmaqda şübhəli bilinənlərə qarşı yeni əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, FETÖ-nün hazırkı maliyyə pramidasında "əl"i olduğu müəyyən edilən ümumilikdə 49 nəfərə qarşı planlanan əməliyyat uğurla yekinlaşdırılıb: "Saxlanılanlar ifadəsi alındıqdan sonra məhkəməyə göndəriliblər. Onlar barədə həbs qətimkan tədbiri seçilib".
Firudin Səfərli
MİA.AZ