"Xəzər Lənkəran”ın baş məşqçisi bəlli olub. Apasport.az saytının xəbərinə görə, bu posta Oğuz Çətintəyin edilib.

Ötən ilin dekabrından etibarən həmyerlisi Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan türkiyəli mütəxəssis çempionatın son 4 turunun oyunlarına komandanı baş məşqçi əvəzi qismində çıxarmışdı.

"Fənərbaxça", "Ərciyəsspor", "Gənclərbirliyi" və "Diyarbakirspor" klublarını çalışdırmış Oğuz Çətin 5 il müddətində Türkiyə millisinin məşqçilər korpusunda yer alıb.

"Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.