Türkiyənin kikboks üzrə yığma komandasının üzvü qəzada həyatı ilə vidalaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kayseri-Malatya şosesində kikboksçunun olduğu avtomobil kartof yüklü yük maşınına arxadan çırpılıb.
Nəticədə 2 nəfər ağır yaralanıb, onlar təcili yardımla xəstəxanaya aparılıblar: "Maşında olan yığmanın üzvü Buket Kaya isə ölüb".
Hadisədən sonra "Kayseri Spor" klubu açıqlama yayıb: "Klubumuzun üzvü olan yığmanın uğurlu idmançısı Buket Kayanın faciəvi yol qəzasında həyatını itirdiyini dərin hüznlə öyrəndik. Allah idmançımıza rəhmət eləsin, ailəsinə, bütün yaxınlarına və idman ictimaiyyətinə başsağlığı veririk".
Fərid
MİA.AZ