Yunanıstanda "Olimpiakos"un "Panatinaikos"la keçirdiyi derbi oyunu yarımçıq dayandırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Yunanıstan Liqasının 8-ci həftəsində keçirilən "Olimpiakos" - "Panatinaikos" matçı azarkeşlərin meydana atdığı yandırıcı maddələrə görə görə yarıda saxlanılıb.

Məlumata görə, "Olimpiakos"un "Panatinaikos"a bərabərlik qolunu vurmasından sonra azarkeşlər meydana müxətlif əşyalar, o cümlədən andırıcı maddələr fırlatmağa başlayıblar: "Meydançaya atılan fişənglərdən biri kənarda isinmə hərəkətləri edən "Panatinaikos"un ispaniyalı futbolçusu Xuankarın başına dəyib. Qəfil zərbədən yerə yıxılan futbolçu təcili xəstəxanaya aparılıb. Futbolçular və hakimlər isə paltardəyişmə otağına yollanıblar. Bu hadisədən sonra hakim oyunu təxirə salıb".

Fərid

MİA.AZ