Xəbər verdiyimiz kimi, Türkiyə superliqasının 9-cu həftəsində "Fənərbaxça" öz meydanında "Hatayspor"u 4:2 hesabı ilə məğlub edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılaşmadan sonra TV8.5-də matçı dəyərləndirən məşhur şərhçi Rıdvan Dilmen "Fənərbağça"nın bir matçda ən çox qol vurma rekordunu qıra biləcəyini iddia edib: "Türkiyədə bir matçda ən çox qol vurma rekordu "Beşiktaş"a məxsusdur. Onların matçı 10-0 bitdi. "Fənərbağça" bu mövsüm bu rekordu qıra bilər. Bir komandaya mütləq 8-10 qol vuracaqlar".
Şərhçi deyib ki, Türkiyə liqasında dəhşətli disbalans var: "Artıq 9-cu həftədə liqanın 1-2-ci yerləri müəyyənləşib. Turnir cədvəliininin son pilləsində də hansı komandaların yer alacağı indidən bilinir. Baxın, “Beşiktaş” oynadığı 3 əsas rəqibinə - “Adana Dəmir”, “Qalatasaray” və “Trabzonspor”a uduzb. “Fənərbağa” isə hələ “Adana Dəmirspor”, “Trabzonspor”, “Qalatasaray” və “Beşiktaş” oyunlarını oynamayıb. İsmayıl Kartalın komandası əsas bu 4 oyunda test verəcək. Bu 4 oyunun 2-də "Qalatasaray" isə qalib gəlib.
"Fənərbağça"dakı məşqçinin də futbolçu transferləri qədər yaxşı olduğunu görürük. İsmayıl Kartal əloindəki materialdan gözəl istifadə edən məşqçidir".
Fərid
MİA.AZ