Türkiyədə Qars şəhərində 15 yaşlı məktəbliyə təcavüz edən polis saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Selim rayonunda adı tam açıqlanmayan polis A.K. 15 yaşlı B.B. adlı qıza qarşı cinsi zorakılıq edib.
Məlumata görə, məktəbli başına gələn hadisəni evdə valideynlərinə deyib: "Valideynin şikayəti əsasında araşdırma başlayıb və polis zabiti barədə cinayət işi açılıb. Qars Prokurorluğunun qərarı ilə onun cinayət işi məhkəməyə göndərilib. Məhkəmə polisin barəsində həbs qətimkan tədbiri seçib".
Samir
MİA.AZ