Avropa İttifaqı (Aİ) Elon Maska 24 saat vaxt verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə rəqəmsal xidmətlərə cavabdeh olan Avropa İttifaqı Komissiyasının məsul şəxsi Tierri Breton açıqlama verib.

O bildirib ki, əvvəllər Twitter kimi tanınan X platformasının sahibi İlon Maska məktub göndərib: "Məktubda şiddət və ya terror ehtiva edən bəzi məzmunların silinməsi onun diqqətinə çatdırılıb. Lakin xəbərdarlıqlara baxmayaraq, tələb olunan məlumatlar X-dən silinməyib. Bununla yanaş, həmin sosial mediada çoxlu saxta məlumatlar yayılır. Biz də məktubumuzda X platformasından ehtiyat tədbirləri görməsini və bu barədə öz komandasına tapşırıq verilməsini tələb etdik. Maskdan bu tələbimizə 24 saat ərzində dəqiq və tam cavab verməyinizi xahiş etdik. Əgər bu müddətdə tədbir görülməzsə, o zaman cəza tətbiq etmək imkanlarını gözdən keçirəcəyik".

Samir

MİA.AZ