İstanbulun Büyükçekmece rayonunda əməliyyata yollanan polis Cihat Ermiş şəhid olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul valiliyindən verilən məlumata görə, şikayət üzrə Büyükçekmecedəki ünvana gedən polisər burada gözlənilmədən atəşə tutulublar.
Mənzildə gizlənən cinayətkar 5 ildir polis sistemində işləyən Cihat Ermişə sinə nahiyəsindən atəş açıb.
Ağır yaralanan polis Memar Sinan Dövlət Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Məlumata görə, hadisəni törədən 20 yaşlı Məhəmməd Emrə Çorak olub: "Onun barəsində 32 ayrı-ayrı faktlar üzrə cinayət işləri var".
Firudin Səfərli
MİA.AZ