Türkiyənin 21 şəhərində narkotik satıcılarına qarşı eyni anda əməliyyat keçirlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlikaya məlumat paylaşıb.
Nazir bildirib ki, 21 vilayətdə keçirilən əməliyyatlarla 148 "zəhər taciri" tutulub: "İstanbul, Bursa, Sivas, Bolu, Kahramanmaraş, Osmaniye, Iğdır, Uşak, Muğla, Diyarbəkir, Antalya, Aydın, Van, Çanaqqala, Dənizli, Mersin, Sakarya, Balıkəsir, Trabzon, Bingöl."Qaziantep və Qaziantep daxil olmaqla 21 şəhərimizdə daha 148 zəhər taciri həbs olunub. Milllətimiz bilməlidir ki, bunlara göz açdırmayacağıq".
Firudin Səfərli
MİA.AZ