Türkiyədə mafiyalara qarşı amansız mübarizə gedir.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Onun sözlərinə görə, 31 şəhərdə eyni anda "Qəfəs" adlı əməliyyat keçirilib: "Nəticədə 15 mütəşəkkil cinayət təşkilatı və onları silahla təmin edən 24 silah satışı şəbəkəsi çökdürülüb.307 nəfər isə qandallanıb".
Nazir bildirib ki, əməliyyat zamanı xeyli silah, pul və istintaq üçün digər zəruri dəlillər götürülüb: "Hamı bilməlidir ki, xalqımızı narahat edən bu cinayətkarların boyunlaırnın kpökündə olacağıq".
Firudun Səfərli
MİA.AZ