Elçin RÜSTƏMLİ

***

Etiraf edim ki, mən bu cinayətkarların həbs edilib mühakimə olunacağını gözləmirdim. Düşünürdüm ki, Qarabağdan gedəcəklər, Ermənistanda, Rusiyada, Qərbdə yaşayıb, ermənilərin qanı hesabına yığdığı milyonların səfasını sürəcəklər.

Onların həbs olunması Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması qədər önəmlidir.

Bu, erməni separatziminin diz çödürülməsidir, "miatsum"un məhv edilməsidir.

Bu, Azərbaycan dövlətinin milli təhlükəsizlik məsələsidir.

Azərbaycan keçmiş SSRİ məkanında etnik münaqişələrdən əziyyət çəkən ölkələr arasında ərazi bütövlüyünü, suverenliyini təmin etməklə separatizmə qalib gələn ilk ölkədir.

Həm də dövlətə, xalqa qarşı ağır cinayət törətmiş şəxsləri İnterpolsuz, beynəlxalq məhkəməsiz həbs edib mühakimə etməyi bacaran ilk ölkədir.

Bir faktı da nəzərə almaq lazımdır: Ukrayna, Gürcüstan, Moldovadan fərqli olaraq Azərbaycanın üzləşdiyi münaqişədə Qərb heç vaxt ona birmənalı dəstək verməyib. Qarabağı mübahisəli ərazi sayıb, bizi reallıqla - yəni işğal faktı ilə barışdırmağa çalışıb.

Rusiya ilə bağlı məsələ aydındır- bu münaqişəni yaradan və onu öz maraqları çərçivəsində idarə edən ölkədir, işğalın, separatzimin arxasında durub.

Bu gün əldə olunan nəticənin geosiyasi səbəblərini axtarmadan birmənalı şəkildə onu demək mümkündür:

Azərbaycan Qarabağı həm ermənilərin, həm Rusiyanın, həm də Qərbin əlindən qopara bildi.

Rusiya "sülhməramlıları" Qarabağı tərk etdikdən sonra Azərbaycan "2023-cü ilin dövləti və xalqı" adına layqidir.

Bundan sonra vəziyyət heç də asan olmayacaq, dövlətin qarşında duran vacib vəzifələrin həllinə də Qarabağ probleminin həllində olduğu kimi prinsipial mövqe, iradə nümayiş etdirmək lazımdır.

MİA.AZ