İstanbulun 25 rayonunda narkotik satıcılarına qaşrı genişmiqyaslı əməliyyatlar keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, eyni anda keçirilən əməliyyatla bağlı Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, əməliyyatla 104 satıcı tutulub, xeyli narkotik maddələr ələ keçirilib: "Narkotik tacirlərinin gələcəyimiz olan gəncləri və cəmiyyəti zəhərləmələrinə heç vaxt imkan verməyəcəyik. Terrorla, narkotiklərlə, mütəşəkkil cinayətkar dəstələrlə və qeyri-qanuni miqrasiya ilə mübarizəmiz davam edəcək".

Firudun Səfərli

MİA.AZ