Türkiyənin "Beyaz TV" kanalından gözlənilməz şəkildə ayrılan aparıcı Bircan Bali bu barədə açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə danışan Bircan Balinin sözlərinə görə, 8 il Beyaz TV ekranlarında "Söylemezsem Olmaz" verilişindən ayrılması haqda deyilənlər doğru deyil: "Oradan məni qovmayıblar. Özüm qarşılıqlı anlaşma ilə getmişəm. Şəxsən mənim üçün orada bəzi şeylər puldan daha önəmli olub. Bir gün olsun belə o kanala könülsüz getmədim, oranı öz evim bilirdim. Baxın, mənim evliliyim 5 il çəkib, amma mən o kanalda 8 il işlədim. Ən uzun qaldığım yer ora olub. Lakin kanalda sonradan idarəçilyə yeni adamlar gəldi və anladım ki, artıq getməli, özümü başqa yerdə sınamalıyam. Belə niyyətlə müqaviləmin bitməsinə bir il qalsa da, rəhbərliklə görüşüb, qarşıllıqlı anlaşma ilə müqaviləmi cırıb atdım. Düzünü deyim ki, bunu ağlayaraq elədim".
Ləman
MİA.AZ