Oktyabrın 1-də Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsi qarşısında törədilən terror aktı ilə bağlı söylədiyi fikirlərə görə barəsində cinayət işi açılan jurnalist Ayşenur Arslan saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, az əvvəl onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, jurnalistin terrorçu haqda dediyi sözlərə Halk TV də onunn aparıcılığını etdiyi verilişi qapadıb.

Xatırladaq ki, Ayşenur Arslan Ankarada Daxili İşlər Nazirliyinə bombalı hücum cəhdi ilə bağlı verilişdə belə deyib:  “Özünü partlatdığı deyilən həmin şəxs, bəlkə də, üzərindəki və ya avtomobilindəki partlayıcının uzaqdan idarə olunduğunu bilmirdi. Çünki o qədər mənasızdır ki...Gəldilər, heç nə etmədilər. Heç nə edə bilmədən ölmək olmaz. Məndən soruşsan, bu, nəsə ziddiyyətdir..."

***

İstanbul Prokurorluğu Halk TV və onun əməkdaşı, tanınmış jurnalist Ayşenur Arslan haqqında cinayət işi açıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb Ayşenur Arslanın oktyabrın 1-də Ankarada polis idarəsinin qarşısında törədilən terror aktilə bağlı Halk Tv-də gedən verilişdə PKK terror qruplaşmasının lehinə işlətdiyi ifadələr olub.

Məlumata görə, bundan dərhal sonra İstanbul Prokurorluğu hərəkətə keçib və adıçəkilən TV və jurnalist barədə cinayərt işi açıb: "Hazırda istintaq tədbirləri davam edir".

Məəsləyə Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Ebubekir Şahin də sərt reaksiya verib. O bildiirb ki, Ayşenur Arslanın açıqlamasına görə telekanal və jurnalistə qarşı istintaq başladılıb.

Tahir Şəlvəli

MİA.AZ