"Trüdo Kanadada söz azadlığını boğmağa çalışır. Ayıbdır"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri X sosial media platformasının sahibi Elon Mask deyib.
O, Kanadada sosial media ilə bağlı yeni layihənin qəbulunu yoverlməz sayıb: "Bu, demokratiya və söz azadlığının təməl prinsiplərinə ziddir".
Xatırladaq ki, sentyabrın 29-da Kanada hökuməti ölkədəki yayım xidmətlərinin Radio-Televiziya və Telekommunikasiya Komissiyasında (CRTC) qeydiyyatdan keçməsini tələb edən tənzimləmə qəbul edib.
Həmin qaydaya əsasən, sosial media və podcast xidmətləri təklif edən onlayn xidmətlər CRTC-də qeydiyyatdan keçməlidir: "Yalnız video oyun və audiokitab xidmətləri təklif edənlərin isə qeydiyyatdan keçməsi tələb olunmur".
Lamiyyə
MİA.AZ