Azərbaycanlı iş adamı, "Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov ("Hafka”) İngiltərənin "Şeffild Uensdey” klubunu almaq niyyətindədir.

ANS PRESS-ə istinadən məlumatına görə, Fransanın "Lans”ın klubunun sahibkarlarından və İspaniyanın "Atletiko” klubunun investorlarından biri olan H.Məmmədov İngiltərə bazarına yiyələnmək qərarına gəlib.

"Şeffild Uensdey - İngiltərənin ən qədim klublarından biridir. Klub 1867-ci ildə yaradılıb və 1889-cu ildə yaradılmış futbol birliyinin təsisçilərindən biri və ilk çempionu olub. "Bayquşlar” son dəfə premyer-liqada 2000-ci ildə oynayıblar. Sonra isə Çempionşip və birinci liqada oynayıblar. Ötən mövsümdə isə onlar Çempionşipdə 16-cı pillədə qərarlaşıblar.

Klubun sahibi Milan Mandariç aksiyalar paketini 50 milyon avroya satmağın əleyhinə deyil və Məmmədov bu alqı-satqıya ən əsas namizədlərdən biridir.

Ancaq Fransa KİV-in məlumatına görə, bu saziş, Məmmədovun "Lans” investisiyalarına heç bir təsir göstərməyəcək. Klub Liqa 1-ə qayıdıb və avrokuboklara düşmək uğrunda mübarizə aparmaq niyyətindədir”.