İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib.

Mia.az xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib: "Gürcüstana səfər çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvilinin qəbulunda oldum. Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafının ölkələrimiz üçün faydalarının, iqtisadi tərəfdaşlığın gücləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğuladıq".