Türkiyədə adı müxtəlif cinayətlərdə hallanan “Şahinlər çetesi” deyilən mafiyaya qarşı 7 şəhərdə eyni anda əməliyyat keçirlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

"Türkiyədə bütün mafiya və cinayətkarlaırn nəfəsini kəsəcəyik" deyən nazir bildirib ki, İstanbul başda olmaqla, İzmir, Muğla, Ankara, Ordu, Bartın və Samsunda eyni anda "Şahinlər" mafiyasının məkanlarında əməliyyat keçirilib: "Nəticədə aralarında cinayət təşkilatının lideri Mehmet Şahinin də olduğu 41 şübhəli qəhrəman əməkdaşlarımız tərəfindən yaxalanıb. Axtarış zamanı 16 sənədsiz silah, 660 patron, 2 ov tüfəngi, 3 polad jilet və müxtəlif miqdarda narkotik vasitə və nağd pul götürülüb.

Əməliyyatları təşkil edən qəhrəmanlarımızı təbrik edirəm. Allah ayağınıza daş dəydirməsin. Sevimli Xalqımızın duaları sizinlədir. Heç bir cinayətkar türk ədalətindən qaça bilməyəcək!Ölkəmizin əmin-amanlığı və təhlükəsizliyi üçün bundan sonra da səylə çalışacağıq”.

Firudin Səfərli 

MİA.AZ