Dövlətə xəyanətdə ittiham olunan Sərdar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Sərdar Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sərdar Babayev Maide.az saytının rəhbəri olub.
O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin oktyabr ayında həbs olunub.
Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
O, 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmağa görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi/Apa.az