CHP Partiya Məclisinin (PM) dünən keçirilən iclasının təfərrüatları bəlli olmağa başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçdaroğlu həmin iclasda 14 və 28 may seçkilərinə toxunub.
Pariya lideri iclasın açılışında İstanbul Bələdiyyəsinin sədri İmamoğlunun "islahat tələbi"ni ilk dəfə açıq tənqid edib: "Bəli, biz çox çətin bir prosesdən keçdik, amma məğlubiyyəti də erkən qəbul etdik. Qüsursuz, xətasız olduğumuzu demirəm, amma heç bir qurm və komissiyada seçkinin nəticələrini, şübhəli və qanunsuz halları şikayət edib müzakirəyə çıxarmadan məğlubiyyətə dərhal boyun əydik. Bu da yetmədi, bəziləri partiyada dəyişiklik çağırışları səsləndirməyə başladı. Bu, son dərəcə yanlış idi"
Tahir Şəlvəli
MİA.AZ