Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən həbs edilib.
Mia.az xəbər verir ki, Gununsesi.info Dövlət Sərhəd Xidməti tərəfindən paylaşılan fotoda Vardanyanı saxlayan hərbçilərdən birinin kimliyini öyrənib.
Belə ki, Vardanyanın qolundan tutan gənc hərbçi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevdir.
Məlumata görə, Məhəmməd Quliyev DSX -da zabit kimi çalışır.
Mia.az xəbər verir ki, sosial mediada Vardanyanın saxlanma görüntülərində (aşağıda foto təqdim olunub - Mia.az) isə DSX rəisinin oğlu hadisə yerində, ümumiyyətlə, görünmür. Maraqlıdır, bəs, DSX niyə Elçin Quliyevin oğlunu əməliyyatın iştirakçısı kimi qabardıb?
MİA.AZ