Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 1 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

Mia.az xəbər verir ki, yanacaqla dolu avtomobil sentyabrın 27-də Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb.

Qeyd edək ki, yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməniəsilli sakinlərin nümayəndələrinin bölgəyə yanacaq verilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.

Bundan öncə də SOCAR-a məxsus yanacaqla dolu 4 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilmişdi.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Xocalı şəhəri yaxınlığında səhra hospitalı quraşdıracaq.

Məlumata görə, bu məqsədlə FHN-in 53 avtomobili şəxsi heyət və zəruri avadanlıqlarla birgə sentyabrın 27-də Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola salınıb.