Türkiyədə daha bir jurnalistə cinayət işi açılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, jurnalist Levent Gültekin bir televiziya proqramında Prezident Ərdoğan haqqında işlətdiyi ifadələrə görə "Prezidenti ictimai təhqir" ittihamı ilə məhkəməyə verilib.
Məlumata görə, Bakırköy Respublika Prokurorluğunun hazırladığı iddianamədə 27 sentyabr 2022-ci il tarixində bir televiziya kanalında yayımlanan proqramda prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlədilməsi səbəbilə prezident Ərdoğanın vəkilləri jurnalist haqqında iddia qalıdırıb.
İddianamədə müttəhim Gültəkin müdafiəsində sözügedən sözləri şərhçi kimi dediyini, 7 əsgərin şəhid olması xəbərini efirdən əvvəl aldığını və bununla bağlı siyasi tənqidlər səsləndirdiyi qeyd edilib. O, bildirib ki, prezident Ərdoğanın ünvanına təhqiramiz ifadələr səsləndirməsi mövzu ola bilməz: "Mənə qarşı irəli sürülən ittihamı qəbul etmirəm".
Prokurorluq isə istintaq çərçivəsində müttəhim Gültəkin mətbuat vasitəsi ilə prezidentin şərəf, ləyaqət və nüfuzunu açıq şəkildə təhqir etdiyi qənaətinə gələrək onun barəsində 4 il 8 aya qədər həbs cəzası istəyib: "Jurnalist yaxın günlərdə Bakırköy Asliye Cəza Məhkəməsində hakim qarşısına çıxarılacaq".
Tahir
MİA.AZ