Türkiyənin quldurluq, sələmçilik, soyğun, qadın alveri və sair cinayətləri ilə məşhur olan mafiyalarından biri çökdürülüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 450 nəfərlik polis qüvvələrinin 4 ayrı-ayrı şəhərdə eyni anda keçirdiyi əməliyyat nəticəsində "İnegöl Terkinler" adlı mafiya şəbəkəsinin lideri başda olmaqla, 35 nəfər qandallanıb.
Məlumata görə, mafiya üzvlərinin məkan və evlərində aparılan axtarışlar zamanı çoxlu sayda silah, çek, valyutalar, 6 milyard TL dəyərində daşınmaz əmlak və 31 şirkətin üzərinə həbs qoyulub.
Əməliyyatla abğlı açıqlama verən Daxili İşlər naziri Əli Yerlikaya bildiirb ki, mərkəzi Bursanın İnegöl rayonu olmaqla, 4 ayrı vilayətdə 450 jandarma personalının qatıldığı əməliyyatda "İnegöl Terkinlər" şəbəkəsi tamamilə çökdürülüb: ""İnegöl Terkinler" şəbəkəsi çökdürüldü, liderləri tutuldu. Sələmçilik, yağma, fırıldaqçılıq və İnsan alveri kimi cinayətlərə törədən 35 şübhəli saxlanılıb. Hər kəs bilsin ki, şəhərlərimizin rahatlığını pozanlarının boyunlaırnda olacağıq"
Firudun Səfərli
MİA.AZ