Salyanın Parça Xalac kəndində işçiləri sahəyə alaq vurmağa aparan "FORD" markalı mikroavtobusun aşması nəticəsində 61 yaşlı qadın Eyyubova Bəyanə Mükafat qızı dünyasını dəyişib..
Mia.az xəbər verir ki, bu barədə rayonda fəaliyyət göstərən hüquq müdafiəçisi Emil Məmmədov açıqlama verib.
Onun sözlərinə görə, kanala düşən maşında qalmış qadının cansız cəsədi FHN-nin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Samir
MİA.AZ