"Şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti baş leytenant Ağayev Rəsul Avtandil oğlu 3 günlük axtarışlardan sonra ayağından yaralı halda bataqlıq ərazidən indilərdə tapılıb".
Mia.az xəbər verir ki, bu barədə bu barədə Hüquq müdafiəçisi, Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov açıqlama verib.
O bildirib ki, döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib: "Geri qayıdan zaman onu qoyduqları yerdə tapmamışdılar. Sən demə, yaralı Rəsul sürünərək yerini dəyişibmiş".
Emil Məmmədovun sözlərinə görə, Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev 2 körpə atası, YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun qaynıdır.
P.S. Qeyd eədk ki, yazıya əlavə olunan şəkil Rəsulun tapıldığı yerdə çəkilib.
Samir Musayev
MİA.AZ