Türkiyənin Osmaniye şəhərində Jandarma qüvvələrinin əməkdaşları daxil olan məlumat əsasında bir evə əməliyyat keçiriblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Adil D. adlı narkobaronlardan birinə məıxsus olan evdə axtarış aparmaq istəyən jandarma qüvvələrinə atəşə açılıb.

Məlumata görə, narkobaronun açdığı atəşə nəticəsində biri leytenat olmaqla, iki baş çavuş yaralanıb: "Yaralılar xəstəxanaya aparılıb və orada həkimlərin səyinə baxmayaraq, baş çavuş Həsən Bozkurtun həyatını xilas etmək mümkün olmayıb".

Xəbərdə deyilir ki, narkobaronun axtarışı davam edir.

Hadisə barədə sosoal media hesabında paylaşım edən Daxili işlər naziri Əli Yerlikaya faktı təsdiqləyib.

O, vəfat edən polis əməkdaşına görə başsağlığı verib, yaralılara şəfa diləyib.

Tahir

MİA.AZ