"Fənərbağça" klubunun rəhbəri Ali Koç illərdir çempionluq həsrəti ilə "alışıb-yanır".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "343 Digital"də jurnalist Devrim Zengi açıqlama verib.
O bildirib ki, klub prezidenti çempionluq qazanılana qədər bir daha komandasının oyunlarını canlı izləməyəcəyinə qərar verib: "O, bu barədə yaxın çevrəsinə danışıb və fikrinin qəti olduğunu deyib".
Xatırladaq ki "Fənərbaxça" sonuncu dəfə 2013-2014 mövsümündə Ərsun Yanalın rəhbərliyi altında Super Liqada çempion olub.
Fərid
MİA.AZ