Prezident Ərdoğanın Amerikanın PBS kanalına müsahibəsi zamanı aparıcı ilə gərginlik yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aparıcının Türkiyədə həbsdə olan siyasi məhbuslar - o cümlədən Osman Kavala, Sedef Kabaş və HDP-nin sabiq həmsdəri Səlahəddin demirtaşla bağlı süalı Ərdoğanı qəzəbləndirib.

Prezident Ərdoğan aparıcının "Sedef Kabaş, Osman Kavala və Səlahəddin Dəmirtaş kimi tanınmış şəxslər Türkiyədə həbsdədir. Siz onları özünüzə təhdidmi görürsünüz? Bu adamları həbslə susdurmağa çalışırsınız?" sualına belə cavab verib: "Bu, sizi niyə bu qədər narahat edir? Türkiyə hüquq dövlətidir. Hüquq dövlətində belə qərarlar məhkəmə tərəfindən verilir. Əgər məhkəmə bu qərarı veribsə, o zaman məhkəmənin verdiyi qərara hörmətlə yanaşaq. Mən ədliyyə adından danışacaq statusda deyiləm. Sizin qeyd etdiyiniz bu şəxs (Gəzi olaylarınn lideri Osman Kavala) etirazların maliyyəçisi olub. Təkrar edirəm, qərarlar məhkəmə tərəfindən verilir. Səlahəddin Dəmirtaş isə terrorçudur, 200-dən çox insanın ölümünə səbəb olub".

Bu zaman aparıcı Ərdoğanın sözünü kəsib. Bu isə Prezidentin qəzəbini artırıb: "Sənin sözümü kəsməyə haqqın yoxdur. Məhkəmənin verdiyi qərara hörmət edəcəksən. Amerika məhkəməsi məhkəmədir, Türkiyəninki deyilmi? Türkiyənin məhkəmə sisteminə də hörmət etməlisiniz".

Türkiyədə həbsdə olan jurnalistlərlə bağlı suala Ərdoğan belə cavab verib: "Terroru dəstəkləyirlərsə, dünyanın harasında yaşaya, sərbəst hərəkət edə bilərlər? Bu insanlar terroru dəstəkləyir və məhkəmə bu insanlar haqqında qərarlar verir".

Lamiyə

MİA.AZ