Əri tərəfindən bıçaqlanaraq uzun müddət reanimasiyada həyatı ilə savaşan və nəhayət, ölümün bir addımlığından geri dönən Youtuber Merve Veziroğlu Yıldırım başınagələnləri danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, YouTube hesabında başına gələnləri nəql edən Vəziroğlunun sözlərinə görə, əri onu dalbadal bıçaqlayanda belə deyib: “Onsuz da bu gün öləcəksən və ölümün bütün qadınlara ibrət olacaq”.

Onun sözərinə görə, bıçaqlananda hər tərəfindən qan fışqırdığını görüb: "Daha sonra gözlərim qapandı, heç nəyi hiss etmədim. indi bəııi olur ki, vücuduma 58 bıçaq zərbəsi endirilib. Onun 37 həyati risk daşıyıb".

Zülfiyyə

MİA.AZ