Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə dağılıb.
Məlumata görə, ilkin ehtimala görə, hadisə nəticəsində "VAZ-21011" markalı minik avtomobili çaya düşüb.
Hadisə yerinə cəlb olunan FHN-nin xilasediciləri sel sularınin içərisindən xəsarət alan 2 nəfəri xilas ediblər.
Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib(Report).
***
Gəndob-Xaçmaz-Yalama yolunun 26-cı km-də körpünün uçması zamanı avtomobilin çaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Məlumata görə, bunlar Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Heybətov Əlisafa Abas oğlu, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Qarayev Efsun Əsgər oğlu və Xaçmaz rayon sakini, 1999-cu il təvəllüdlü Səfərəliyev Elvin Tofiq oğludır.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
MİA.AZ