Haqqında çoxsaylı cinayət işlərinə görə axtarışda olan və buna görə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) sığınan Türkiyə mafiyasının tanınmış liderlərindən Sedat Peker "memleketyoutube" adlı X (Tviter) sosial media hesabından xəbərdarlıq mesajı yayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, üstüörtülü şəkildə onu BƏƏ-yə sığınmağa məcbur edənləri təhdid edib.
Sedat Pekerin paylaşımı belə olub: "Mənə bunu edənlərin xərda-xırda dişləmələrinə icazə verirəm. Onlar dişləməyə davam etsinlər... Amma sizə söz verirəm ki, o dişlədikləri mədələrinə çatmamış onları boğazlarından çıxarıb alacağam".
Samir Musayev
MİA.AZ