Estoniyanın Baş naziri Kaja Kallas beynəlxalq qalmaqala imza atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Estoniyada səfərdə olan İstanbul Ortodoks Patriarxlığının Patriarxı və Arxiyepiskopu I Varfolomeylə bağlı sosial media səhifəsində gərginlik yaradan paylaşım edib.

Məlumata görə, Baş nazir paylaşımında “İstanbul” əvəzinə şəhərin 570 il əvvəlki adı olan “Konstantinopol” yazması Türkiyədə böyük etirazlar yradıb.

Baş nazirin paylaşımında isə deyilir:  "Konstantinopol arxiyepiskopu və Ekumenik Patriarx Bartolomey hazırda Estoniyada səfərdədir".

Samir

MİA.AZ