Türkiyənin Ədirnə şəhərində Yunanıstana qaçmağa cəhd edən FETÖ terror təşkilatının 17 üzvü yaxalanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə şəhər valiliyi açıqlama yayıb.

Bildirilib ki, qanunsuz yolla Yunanıstana qaçmaq istəyənlər sərhəddə tutulublar: "Şəhər Jandarma Qüvvələri bu yöxnəd yorulmaz əməliyyatlarını davam etdirirlər. Bu çərçivədə aparılan araşdırmalar zamanı qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 17 FETÖ üzvü yaxalanıb. Şübhəlilərdən 4-nün barəsində qiyabi həbs qətimkan tədbiri olduğu, 13-nün isə FETÖ üzvlüyünə görə axtarışda olmaları müəyyələşib.
17 nəfər ifadələri alınması üçün prokurorluğa təhvil verilib".

Samir Musayev

MİA.AZ