"Adana Dəmirspor"un sabiq futbolçusu Mario Balotelli İtaliya A Seriyasını Super Liqa ilə müqayisə edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsveçrədə çıxış etdiyi "Sion"da heyətdən kənarlaşdırılan 33 yaşlı Mario Balotelli İtaliya futbolunun enişdə olduğunu iddia edib: "Hətta deyərdim ki, Türkiyədə səviyyə daha yüksəkdir".
Səudiyyə Ərəbistanına gedib-getməyəcəyi ilə bağlı suala isə Balotelli belə cavab verib: "Hazırda dövriyyədə olan rəqəmlərdən qat-qat yüksək rəqəmlərlə təklif aldım. Ancaq ora "yox" dedim".
Fərid Aslan
MİA.AZ