İranda ən çox ziyarət edilən internet xəbər saytlarından biri, islahatçı siyasəti təbliğ edən sayt qapadılıb.

Mia.az TRTHaber-ə istinadla xəbər verir ki, “entekhab.ir” xəbər saytı “mətbuat qanunlarını pozduğuna” görə bağlanıb: ""entekhab” "Mətbuat haqqında qanun"a və Ali Milli Təhlükəsizlik Şurasının qərarlarına zidd olaraq xəbərlər yaydığı üçün qapadılıb".

Məlumatda deyilir ki, sayt ölkədəki mühafizəkar siyasətin tənqidçisi kimi tanınıb. Media orqanı, eyni zamanda, prezident İbrahim Rəisinin “zəif xarici siyasəti"ni tez-tez "topa tutub".

Saytın Şərqə dönük xarici siyasət aparan ölkə rəhbərliyini tənqid edən son təhlili isə "bardağı daşırıb". 

Tahir Şəlvəli

MİA.AZ