Şabran rayon Məhkəməsinin sədri Çingiz İsgəndərov təqaüdə göndərilib.

Mia.az xəbər verir ki, bu gün onu  Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov qəbul edib və uzun illər məhkəmə sistemində öz fəaliyyət ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdiyinə görə fəxri fərmanla təltif edib.