Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq "Union Berlin" məşhur müdafiəçi ilə anlaşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Qalatasaray"ın da transefer eləmək istədiyi Leonardo Bonuçç Almaniya klubu ilə müqavilə imzalayıb.
Məlumatda müqavilənin detalları açıqlanmasa da, məşhur müdafiəçi artıq "Union Berlin"in forması ilə çəkdirdiyi formaları paylaşıb.
Xatırladaq ki, ötən mövsümün sonunda "Yuventus"la müqaviləsi başa çatan Leonardo Bonuççini "Beşiktaş" heyətinə qatmaq üçün çox çalışırdı. Lakin İtaliya millsinin üzvü "Beşiktaş"ın israrına "yox" deyib.
Onu da qeyd edək ki, ötən mövsüm "Yuventus"da 26 rəsmi matça çıxan Bonuççi bu matçlarda 2 qol vurub, 3 sarı vərəqə alıb.
Fərid
MİA.AZ