UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib.
Mia.az xəbər verir ki, əvvəlcə “CBC Sport”la razılaşan "Qarabağ" rəhbərliyi ötən həftə "söyüşdüyü" İdman TV ilə anlaşıb.
Xatırladaq ki, avqustun 24-də Lyublyanada keçirilən ilk oyunun yayım hüququna malik olan “İdman TV” 69-cu dəqiqəyədək yayımı verə bilmədiyi üçün klubu "topa tutub". Lakin "Qarabağ" rəhbərliyi bu iradı qəbul etmək əvəzinə, "qılıncını sıyıraraq" AzTV-nin idman qolu ola İdman TV-ni "yıxıb-sürüyüb". Hətta klub rəhbərliyinin "əməkdaşlıq etdiyi" saytlar İdman TV-yə yönəlik açıqlamalarla qısa zamanda "bəzədildi".
Bununla bərabər, "Qarabağ" klubunun rəhbərliyi İdman TV-nin paylaşımıı ""Olimpiya” - “Qarabağ” görüşünün “İdman” TV vasitəsilə göstərilməməsindən narahatlığınızı və iradlarınızı başa düşür, üzr istəyirik. “Qarabağ” klubundan fərqli olaraq, biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək”, - sildirməyə də anil oldu.
Bəs, cavab oyunun yayımı ilə bağlı nə baş verdi ki, klub rəhbərliyi bir günün içində iki qərar verib?
Mia.az bununla bağlı axa planda cərəyən edən "müzakirə"ləri dəqiqləşdirməyə çalışır.
Fərid Aslan
MİA.AZ