Biləsuvarda tanışlar arasında mübahisə birinin bıçaqlanması ilə nəticələnib.
Mia.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Mübahisə zamanı 19 yaşlı Məhəmmədəli Hüseynzadə tanışı Səməd Buludlunu bıçaqla vurub.
S.Buludlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Məhəmmədəli Hüseynov rayonda fəaliyyət göstərən “Yovşan” klinikasının rəhbəri Xoşbəxt Ağayevanın oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.