Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi 2023/2024-cü tədris ilində qardaş ölkənin universitetlərinə qəbul olan şəxslərə müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir: “Şəxsiyyət vəsiqəsinin Türkiyəyə sərhədkeçmə sənədi kimi istifadə olunması yalnız turistik səyahət üçün nəzərdə tutulub. Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir”.